İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Ağsaqqalları Birliyinin(TAİB) rəhbərliyində kimlər olacaq? – Akademik Təşkilat Komitəsinin sədri seçildi

1454 14.10.2021 19:01 Son xəbər A A

Türk Ağsaqqalları Birliyinin (TAİB) bu gün keçirilmiş toplantısında ilk Ümumi Yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda, İdarə Heyətinə namizədlərin siyahısı da tərtib olunub.

Rəsmi adı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi olan təşkilatın noyabrın sonlarında keçiriləcək Ümumi Yığıncaqda həm İdarə Heyətinin tərkibi təsdiqlənəcək, həm də təşkilatın sədri seçiləcək.

Birliyin İcra Aparatı, müxtəlif istiqamətləri əhatə edəcək departamentlər də Ümumi Yığıncaqda formalaşdırılacaq. Ali orqanın ilk yığıncağında birliyin sədr müavinlərinin kimliyinə də aydınlıq gətiriləcək. Bundan başqa, Ümumi Yığıncaqda birliyin gələcək fəaliyyət proqramının qəbul olunması nəzərdə tutulub.
Bu gün təsdiq olunmuş Təşkilat Komitəsinin və İdarə Heyətinə namizədlərin siyahısını təqdim edirik.

Təşkilat Komitəsi

1.Sudeyif İmamverdiyev – Sədr
2.Ramin Əhmədov
3.Eyvaz Hümbətov
4.Yaqub Mehtiyev
5.Sabir Tağıyev
6.Tapdıq Əlibəyli
7.Nicat Dağlar
8.Elnur Eltürk
9.Şərafət Şəfa

İdarə Heyətinə namizədlərin siyahısı

1. Sudeyif İmamverdiyev - Akademik
2. Teymur Bünyadov - Akademik
3. Sabir Tağıyev - Akademik
4. Telli Pənahqızı - Əməkdar jurnalist
5. Ramin Əhmədov - Təsisçi, Missiya Media Qrupunun rəhbəri
6. Eyvaz Hümbətov - Sabiq dövlət qulluçusu
7. Şəmsəddin Kuzəçi - İraq, "Kərkük" qəzetinin baş redaktoru
8. Babaxan Şərif - Özbəkistan, tədqiqatçı, professor
9. Karaçanta Murtaza - Türkiyə, Qars bələdiyyəsinin sabiq sədri
10. Elvin Həsən - Makedoniya, sabiq nazir
11. Sərdar Ünsal - Türkiyə, TRT İğdr bölgə təmsilçisi
12. Abid Tahirli - Professor, türkoloq
13. Akif Azalp - Özbəkistan, Özbəkistan, Azərbaycan şairi
14. Şöhlət Avşar - Dünya Afşarlar Birliyinin Azərbaycan təmsilçisi
15. Cəlil Xəlilov - İstefada olan polkovnik
16. Rza Avşarov - Rəssam
17. Akif Cabbarov - Telejurnalist
18. Bəxtiyar Qaraca - Telejurnalist
19. Bayram Məmmədov - Əməkdar müəllim
20. Yaqub Mehtiyev - Hüquqşünas
21. Nicat Dağlar – Missiya Media Qrupunun baş redaktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR