Ağ Partiyanın başqanı Tural Abbaslı "Yeni Müsavat" media qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı xatirələrini, onunla ilk tanışlıq illərini və Azərbaycan mətbuatındakı rolunu bölüşüb.
T.Abbaslı bildirib ki, Rauf Arifoğlu ilə siyasi və jurnalistika fəaliyyəti onun öz fəaliyyətindən daha əvvəliyə – 1988-1987-ci illərə dayanır: "Mən həmin dövrdə hələ uşaq olmuşam, yəni ondan o yolları keçməmişəm. Amma Rauf bəylə belə götürəndə, təxminən 2000-ci illərdən sonra – mənim partiyaya gəlişimdən sonra Rauf bəylə tanışmışam. Düzdür, ondan da qabaq qəzetdən – 98-97-ci illərdən bu zamanlardan Rauf bəyi tanışam".
Partiya başqanı qeyd edib ki, Azərbaycanla bağlı hər hansı bir kitab, səlnamə yazılarsa, Rauf Arifoğlunun adı həmin kitabın hansısa səhifəsində mütləq keçəcək: "Tovuzun Düz Qırılı kəndindən dur gəl Bakının ən qaynar, yəni nəinki Azərbaycanın, SSRİ-nin ən qaynar şəhərlərindən biri olan Bakıya – bu hərəkatın ən aktiv üzvlərindən olsun, sonra qaynar publisistik jurnalistika və qəzetçilik üzrə bir məktəb – 'Yeni Müsavat' qəzeti olsun... Və o qəzetin ağır günləri də olub, bağlanma ərəfəsində də olub, maliyyə çətinlikləri, ucbatından, sonrakı dövrlərdə siyasi çətinliklər... Bütün bu dövrlərdə təslim olmayıb özünə görə. İndi yubileyidir deyə demirəm, yəni deyərlər ki, ad günüdür, xoş sözlər. Yox, baxsanız görərsiniz ki, işlə rahat yol gəlib keçməyib bu qəzet. Təzadlı insanlarla işləyib, məsələn, jurnalistlərlə, qəliz insanlarla və o qəzeti o döyüş meydanından elə bil ki, sağ çıxarıb".
T.Abbaslı gənclik illərində Gənclər Təşkilatının rəhbəri olarkən Rauf Arifoğlu ilə bağlı xatirəsini də danışıb: "Biz o vaxt partiyayıq, biz 'Müsavat' partiyasında olanda mən Gənclər Təşkilatının rəhbərliyinə iddia qoymuşdum. Nədənsə Gənclər Təşkilatının məndən öncəki rəhbərliyi bunun əleyhinə idi və o vaxt siyasi aktivlik daha çox idi. Mediada, Gənclər Təşkilatındakı bu yarış, sədrliyin yarışı, rəhbərlik yarışı mediyada demək olar gündəm idi. Orda belə bir məsələ hallanırdı ki, Tural Abbaslını Rauf Arifoğlu dəstəkləyir, Tural Abbaslını o həm onun adamıdır, partiya daxilində o vaxt partiya daxilində qruplaşmalar var idi, nə bilim Arif Hacılı, Səxavət Əlisoy, digərləri, Rauf Arifoğlu və sair. Bütün qəzetlər də bunu yazırdı. Məni də yorulmuşam deməliyəm ki, qardaş, mən Rauf Arifoğlunu tanımıram, onda adam, mən heç Arif Hacılını da... Bu ərəfədə idi, yəni mən sədrliyin uğrunda vuruşdum və bütün qəzetlərdə, hətta Rauf bəyin öz qəzetində o məqalələr gedirdi, məndən nəsə alırdılar. Filan, nəsə bir mətbuat konfransı idi və qərargahda idi, 'Yeni Müsavat'ın qərgahındaydı. Və Rauf bəyə səhv eləmirəmsə, sual verirlər ki, 'Mənim bayramdadır, nəsə ümumi bir mövzudur, biz də ordaydıq, zalda oturmuşduq'. Bizim bu Gənclər Təşkilatındakı rəqabət vardı. Sual verdilər ki, 'bəs deyirlər siz də Gənclər Təşkilatında tərəfdarsınız, Tural Abbaslını dəstəkləyirsiniz'. Dedi: 'Qardaş, vallah, tanımıram'. Ağzı sıxıb sızladı, deyəndə dedim mən, vallah, baba, indi görmüşəm, həqiqətən də düz deyirdi. Yəni şəxsən ilk tanışlığımız, yəni onu məni tanımağı, mən təbii ki, onu belə tanıyırdım kənardan, amma şəxsi belə birbaşa ünsiyyətimiz məhz o zalda oldu".
Sonda Tural Abbaslı yubilyara ürək sözlərini çatdırıb: "Rauf bəyə birinci cansağlığı, çünki insanın cansağlığı, şəxsi sağlamlığı olmasa, bütün digər nemətlər gözünə görünməz. Təbii ki, cansağlığı arzulayıram və övladı, evlisi, baba olmağı arzulayıram – yəni o yaşdadır, yəni nəvə də şirindir. Mən Rauf bəyə o Azərbaycan siyasi-ictimai səhnəsində hak etdiyi dəyərin ona verilməsini tərəfdarıyam – cəmiyyət və təbii ki, dövlət tərəfindən. Çünki hər insan öz əziyyətinin qarşılığını və yaxud onun nəticəsini görmək istəyər. Yəni ədalət arzulayıram. İctimai-siyasi ədalət arzulayıram Rauf bəyə və mən əminəm ki, ədalət bərpa olunarsa, Rauf bəy o mövqedən razı qalacaq".
Musavat.com






