İnsanlara hürriyət, millətlərə istiqlal!

Hövsanda dənizdə 13 yaşlı qız batdı

495 27.07.2026 19:33 Hadisə A A

Hövsanda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb, üçü isə boğulma təhlükəsindən xilas edilib.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas edilib.

Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR