İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı Prezident Administrasiyasında Ədalət Vəliyevlə görüşünü dəyərləndirdi

2261 01.07.2020 22:58 Siyasət A A

İyulun 1-də  Ağ Partiyanın sədri Tural Abbaslı Prezident Administrasiyasında  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevlə görüşüb.

Musavat.com xəbər verir ki, T.Abbaslı bu haqda TV Müsavatın “Canlı debat” verilişində açıqlama verib. O, bildirib ki, uzun illərdən sonra  Ağ Partiyanın rəsmi qeydiyyata alınması pozitiv bir hadisə olub. 4 ildən artıqdır ki, bu məsələ süni əngəl və əsassız səbəblərlə uzadılırdı: “Dünən nəhayət ki, bu məsələ həll olundu. Bizim üçün də pozitiv bir məsələ oldu. Biz hüquqi olaraq Ağ Partiya kimi fəaliyyətimizi davam etdirəcəyik. Bununla bağlı bu gün saat 11-də Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyev bizi dəvət etdi. Görüşdə Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz, Milli Demokrat Partiyasının sədri Tufan bəylə birlikdə bir görüş keçirildi. Görüş elə təşkil olunmuşdu ki, sosial məsafə qorunmuşdu, görüş iştirakçıları maskada idi. Bundan başqa, görüşdən öncə də koronavirus testindən keçmişdik və nəticə neqativ idi. Görüşdə Ədalət Vəliyev həm öz adından, həm də Prezidentin adından partiyalarımızın qeydiyyatdan keçməsi münasibətilə həm bizi, həm də partiya üzvlərimizi təbrik etdi, uğurlu fəaliyyət arzuladı. O, bu işlərin bu istiqamətdə davam edəcəyini bildirdi. Fikir mübadiləsi aparıldı. Xüsusi bir mövzu ətrafında müzakirə olmadı. O baxımdan da biz qeydiyyat, o məsələnin ətrafında baş verən hadisələr, xüsusi karantin rejimi haqda qısa fikir mübadiləsi həyata keçirdik”.

Tural 1.JPG (33 KB)

T.Abbaslı qeydiyyat məsələsinin pozitiv addım olduğunu dedi. Onun sözlərinə görə, bəzi dostlar onsuz da baş verməli olan bu proseslə bağlı təşəkkür etmələrini sualla qarşılaşasalar da, reallıq fərqlidir: “Bəzi dostlar deyə blər ki, zatən olmalı olan şeyə görə niyə təşəkkür edirsiz. Amma bu günə qədər edilmirdi. Əgər bu, bu gün rahatlıqla həll olunursa, bunu deməliyik. Görüşün özünü pozitiv qiymətləndiririəm. Hakimiyyət müxalifət partiyalarını  tərəf olaraq qəbul edir, siyasi meydanın iştrirakçısı, oyunçusu kimi qəbullanır. Onlarla məsləhəltəşir. İnsanlar öyrəşməlidir ki, siyasi partiyalar və insanlar bir arada olmağı bacarırlar”.

Partiya sədrinin sözlərinə görə, dünən qeydiyyata alınmaları və bu gün də PA-da görüş keçirmələri heç də bundan sonra iqtidarın bütün addımlarını dəstəkləyib, onun hər dediyinə “ləbbeyk” söyləyəcəkləri anlamına gəlmir: “Belə bir tələb də yoxdur, bizim də belə bir niyyətimiz yoxdur. Biz normal, sivil dövlətlərdəki kimi öz funksiyamızı icra etməliyik. Onlar da iqtidarın üzərinə düşən, sivil qaydada münasibətləri həyata keçirməlidir. Şəxsi düşmənçilik aradan götürülməli, tərəflər arasında bu münasibətlər oturuşmalıdır. Sağlam siyasi rəqabət mühiti formalaşmalıdır. O mənada bu görüşü çox pozitiv qiymətləndirirəm”.

Sevinc, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR