İnsanlara hürriyət, millətlərə istiqlal!

Tunis Prezidenti xəstəxanaya yerləşdirilib

370 25.07.2019 05:20 Dünya A A

Tunisin 92 yaşlı Prezidenti Əl-Baci Qaid əs-Səbsi özünü hərbi xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən yerli "Mosaique FM" radiostansiyası məlumat yayıb.

Əs-Səbsi iyun ayında da güclü xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt onun ölüm xəbəri yayılmışdı. Lakin sonradan müşaviri bu xəbəri təkzib etmişdi.

Məlumata görə, Prezident gözlənilmədən özünü pis hiss etməsi səbəbindən xəstəxanaya aparılıb.

Əs-Səbsi 2014-cü ildən ölkə Prezidenti vəzifəsini icra edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR