İnsanlara hürriyət, millətlərə istiqlal!

Tripolidə silahlı şəxslər Milli Neft Korporasiyasının binasına hücum ediblər

452 10.09.2018 19:45 Dünya A A

Liviya paytaxtı Tripolidə Milli Neft Korporasiyasının (NOC) binasına silahlı şəxslər hücum ediblər.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Şahidlər paytaxtda beş partlayış olduğunu və NOC binasının üstünü tüstü basdığını, eyni zamanda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə əməliyyat keçirildiyini, o cümlədən binanın ətrafının mühasirəyə alındığını deyiblər.

Hüquq-mühafizə orqanları nümayəndələri hazırda binaya hücum edən silahlıların zərərsizləşdirməyə çalışırlar.

Xəsarət alanların olduğu bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR