ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının gedişatından narazılığını ifadə edir və münaqişənin çox uzun sürdüyünü deyir.
Musavat.com xəbər verir ki, CBS bu barədə mənbələrə istinadən məlumat yayıb. Məlumatda vurğulanır ki, Tramp "İrana qarşı hərbi kampaniya uzandıqca və fevral ayında müharibə başlayanda gözləniləndən daha mürəkkəbləşdikcə getdikcə daha çox məyus olur".
Kanalın mənbələrinə görə, "İranla müharibə Tramp və ABŞ-ın hərbi naziri Pit Heqset arasında bəzi ziddiyyətləri üzə çıxarıb". Qeyd olunur ki, "Tramp Heqseti və müxtəlif hərbi əməliyyatları dəfələrlə tərifləsə də, o, "Epik Qəzəb" əməliyyatının aparılmasından özəl olaraq narazılığını bildirib". Kanalın məlumatına görə, Tramp hesab edir ki, Vaşinqton administrasiyası "bu ilin əvvəlində İranın nüvə proqramını məhdudlaşdırmaq təklifini rədd etməklə uzunmüddətli münaqişənin qarşısını almaq fürsətini əldən verib".
ABŞ rəsmi mənbələrinə görə, "Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin münaqişə ilə bağlınarahatlıqlarını ifadə etməsinə baxmayaraq, Heqset İrana qarşı daha kəskin yanaşmaya çağırıb". Mənbələr əlavə ediblər ki, bəzi Pentaqon və digər Amerika agentlikləri rəsmiləri də "ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperdən narazıdırlar", çünki onlar onun "silahlı qüvvələrin İrana qarşı mübarizə aparmaq imkanlarını şişirtdiyini" düşünürlər.
Musavat.com






