İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın seçkiqabağı qərargahının sabiq müşaviri ona qarşı iddia irəli sürüb

252 25.12.2019 00:33 Dünya A A

ABŞ prezidenti Donald Trampın seçkiöncəsi qərargahının keçmiş müşaviri ona qarşı iddia irəli sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-York ştatının Cənub dairəsinin federal məhkəməsinin elektron bazasına daxil olmuş materialda bildirilir.

İddia ərizəsindən göründüyü kimi, söhbət Florida ştatının sakini Arlin Delqadodan gedir. O, 2016-cı ilin 1 sentyabrından 2017-ci ilin 20 yanvarına qədər Trampın seçki qərargahında Latın Amerikası mənşəli seçicilərin məsələləri üzrə böyük məsləhətçi işləyib.

Delqadonun sözlərinə görə, 2016-cı ilin noyabrında, Trampın seçki qərargahının rəsmi nümayəndəsi kimi çalışarkən hamilə olub.

Trampın seçkiqabağı kampaniyasının sabiq qərargah rəhbərləri Delqadoya bildiriblər ki, o, hamiləliyə görə Ağ Evdə vəzifə almayacaq. Qadın sonra vəzifədən çıxarılıb.

Delqado güman edir ki, o, ayrıseçkiliyə məruz qalıb. Qadın buna görə təzminat tələb edir. Təzminatın məbləğini məhkəmə müəyyən edəcək. İddia ərizəsində cavabdehlər kimi Tramp və onun seçkiqabağı qərargahının bir sıra keçmiş rəhbərləri göstərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR