İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın müşaviri onun partiya yaratması barədə xəbərlərə aydınlıq gətirib

405 25.01.2021 08:24 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni partiya yaratmağı planlaşdırmır, o 2022-ci ildə Konqresə aralıq seçkilərdə respublikaçılara kömək edəcək.

“Report” xəbər verir ki, bu barədə “Fox News” siyasətçinin müşaviri Ceyson Millerə istinadən məlumat yayıb.

“Trampın hədəfi 2022-ci ildə respublikaçıları Nümayəndələr Palatasına və Senata qaytarmaqdan ibarətdir", - Miller bildirib.

Onun sözlərinə görə, sabiq prezident "bu səylərdən kənar" heç nə planlaşdırmır.

Daha əvvəl məlumatlı mənbələrə istinadən “Wall Street Journal” qəzeti bildirib ki, Tramp son günlər Vətənpərvərlik partiyası adlandırıla bilən yeni siyasi təşkiatın yaradılmasını müzakirə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR