İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın müşaviri Boltonun kitabını “pornointiqam” adlandırıb

1140 19.06.2020 18:29 Qalmaqal A A

ABŞ prezidentinin müşaviri Piter Navarro Milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Con Boltonun Donald Tramp haqqında qələmə aldığı kitabı “pornointiqam” adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “FoxNews” kanalına müsahibəsində danışıb.

Bundan başqa P.Navarro Con Boltonun dövlət xidmətində olduğu zaman özünü müşavirdən daha çox  “səhra komandiri “kimi apardığını söyləyib: “Bu adam Təhlükəsizlik departamentini muxtar bölgəyə çevirərək, özünü ayrıca rəis kimi aparırdı. Üstəlik xarici siyasətin ən vacib məsələləri ilə maraqlanmaq yerinə Venesuela kimi yerlərdə dövlət çevrilişini planlayırdı. Con Bolton mənim bu 3 il yarımda gördüyüm ən bərbad administatorlardan biri olub”,-deyə ABŞ rəsmisi bildirib.

“Onun hərəkəti “pornointiqam”ın siyasi ekvivalentidir. Bu oğlanı prezidentin xarici siyasi mövqeyini bilmədiyi və ona tabe olmadığı üçün qovdular”,-deyə P.Navarro Con Boltonun kitabına bu sözlərlə təpki göstərib.

Donald Tramp isə əsas rəqibi Co Baydenə qarşı yeni videoçarxlar hazırlayacaq. “Forbes” jurnalının məlumatına görə, yeni materiallarda Usama Ben Ladenin vaxtilə Co Baydenə vitse-prezident olduğu zaman kömək etdiyi barədə süjet nümayiş etdiriləcək.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR