İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan şok etiraflar: “Ölkəni məhv etdim”, “rejim dəyişdi”, “İranda çox qalmayacağıq”

1004 31.03.2026 19:57 Dünya A A

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı və İranla bağlı ard-arda sensasion açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Tramp bildirib ki, Hörmüz boğazının açılması məsələsi artıq ABŞ üçün prioritet deyil: “Düşünürəm ki, o özü avtomatik açılacaq, amma mənim mövqeyim belədir – mən bir ölkəni məhv etdim”. O əlavə edib ki, boğazdan istifadə edən dövlətlər özləri bu məsələnin həlli üçün addım atmalıdır.

ABŞ lideri İranla bağlı hərbi əməliyyatların intensiv davam etdiyini də vurğulayıb: “Hazırda biz onları tamamilə məhv edirik – bu, total məhvetmədir”. Bununla yanaşı, Tramp ABŞ qüvvələrinin İranda uzun müddət qalmaq niyyətində olmadığını açıqlayıb.

Ən diqqətçəkən məqamlardan biri isə onun “rejim dəyişikliyi” ilə bağlı iddiası olub. Tramp deyib ki, artıq İranda əvvəlki hakimiyyət yoxdur: “Biz onların nüvə potensialını aradan qaldırdıq və rejim dəyişikliyinə nail olduq. İndi tamamilə fərqli, daha ağıllı bir qrupla işləyirik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR