İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Şimali Koreyada hərbi paradın nüvə silahları olmadan keçməsini alqışlayıb

587 10.09.2018 00:25 Dünya A A

ABŞ prezidenti Donald Tramp bazar günü deyib ki, Şimali Koreyanın hərbi paradı adətən olduğu kimi nüvə silahlarını nümayiş etdirmədən keçirməsi “çox böyük və müsbət bir bəyanatdır”.

Şimali Koreya lideri Kim Yonq Unun ölkənin nüvə arsenalından imtina etməsinə çalışan Amerika lideri Twitter səhifəsində ona təşəkkürünü bildirib. Şimali Koreya Pxenyanda ölkənin yaranmasının 70 illiyi münasibətilə keçirilən paradda qitələrarası ballistik raketlər nümayiş etdirilməyib. Rəsmi Pxenyan raketlərin Birləşmiş Ştatları hədəf ala bilmək qabiliyyətinə malik olduğunu bildirmişdi.

“Biz hər ikimiz hamıya yanlış olduqlarını sübut edəcəyik”, deyə Tramp Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair dayandırılmış danışıqlara işarə edərək yazıb. “Bir-birindən xoşu gələn iki insan arasında yaxşı dialoqdan artıq yaxşı heç nə ola bilməz. Mənim vəzifəyə başladığım vaxtdan daha yaxşı”, Tramp Twitter səhifəsindəki mesajında bildirib.

Tramp bildirib ki, “paradın mövzusu sülh və iqtisadi inkişaf olub”. ABŞ lideri sevdiyi Fox tele-kanalından sitat gətirərək yazıb: “Ekspertlər inanır ki, Şimali Koreya prezident Trampa nüvəsizləşdirməyə sadiq qaldığını göstərmək üçün nüvə raketlərini azaldır”.

Pxenyandakı hərbi paradı qəbul edən Kim Yonq Un kütləyə müraciət etməyib. Hərbi parad zamanı tanklar, raketlər və Şimali Koreya hərbi qüvvələrinin müxtəlif birləşmələri iştirak edib.

Parad Şimali Koreya üçün həssas bir dövrə təsadüf edir. Pxenyan iyun ayında Kim Yonq Un və Donald Tramp arasında Sinqapur sammitindən sonra ABŞ-la gərginliklərin azaldılmasına çalışır.

Pxenyanda hərbi parad, 9 sentyabr, 2018.

Pxenyanda hərbi parad, 9 sentyabr, 2018.

Kim sammitdə nüvə silahları arsenalından imtina etməyə söz verib, lakin razılaşmada bunun necə və nə zaman baş verəcəyi qeyd edilməyib. Keçən həftə Kim bildirib ki, o, Trampın hakimiyyətdə birinci dönəminin 2021-ci ilin yanvarında başa çatmasına qədər ölkənin nüvəsizləşdiriləcəyinə ümid bəsləyir.

Sammitdən sonra Tramp “Şimali Koreyadan nüvə təhlükəsinin artıq mövcud olmadığını” elan edib.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Yonq Un arasında Sinqapurda zirvə görüşü, 12 iyun, 2018.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Yonq Un arasında Sinqapurda zirvə görüşü, 12 iyun, 2018.

Lakin son zamanlar Kimi tərifləməsinə baxmayaraq, Tramp iki ölkə arasında danışıqların sürətinin yavaşımasından nahahatlığını bildirib. Keçən ay o, dövlət katibi Mayk Pompeonun müzakirələr aparmaq üçün Pxenyana getməməsi haqda qərar verib.

Tramp və Kim danışıqların yeni raunduna başlanılmasından öncə razılaşmaların olmasını istəyir. Vaşinqton Şimali Koreyanın nüvəsizləşdirilməyə sadiq qalmasını istəyir, Pxenyan isə nüvə arsenalından imtina etməkdən əvvəl təhlükəsizlik qarantiyaları və başqa təəhhüdlər tələb edir.

Amerikaninsesi.org

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR