İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp qalib gəlsə, Ukraynadakı münaqişə tez bitə bilər”

425 17.07.2024 15:11 Region A A

“Bir çox ekspertlər Ukraynadakı münaqişənin gələn il ərzində bitəcəyinə inanmağa meyillidirlər. Əgər 2024-cü ilin noyabrına planlaşdırılan ABŞ prezident seçkilərində respublikaçıların nümayəndəsi Donald Tramp qalib gəlsə, o zaman Ukraynadakı münaqişə daha tez bitə bilər. Bundan sonra qlobal və regional siyasi maraqlar kəskin şəkildə dəyişəcək və Ermənistan dünya oyunçuları üçün tamam başqa maraq obyektinə çevriləcək”.

Musavat.com xəbər verir ki, bu iddianın müəllifi yerli politoloq Andranik Ovannisyandır.

Onun sözlərinə görə, bu kontekstdə Ermənistanın Aİ və ABŞ ilə əməkdaşlığının dərinləşməsi Ermənistan hakimiyyəti tərəfindən Rusiya, İran və Çinlə əməkdaşlığa alternativ kimi qəbul edilməməlidir.

“Bəs Ermənistan beynəlxalq arenada mümkün dəyişikliklərə hazırdırmı, yoxsa Ermənistan hakimiyyəti “xarici siyasətin şaxələndirilməsi” oyununu davam etdirəcək?”, - deyə erməni ekspert bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR