ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın yekunlaşdığını bəyan edib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“İran İslam Respublikası ilə razılaşma yekunlaşdı. Hamını təbrik edirəm!” – deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, bununla Hörmüz boğazının tam və rüsumsuz şəkildə yenidən açılmasına, eləcə də ABŞ-ın dəniz blokadasının dərhal qaldırılmasına icazə verir.
“Sülh gəmiləri, mühərriklərinizi işə salın. Neftin axmasına icazə verin”, – deyə Donald Tramp əlavə edib.
Musavat.com







