ABŞ prezidenti Donald Trump İranla təmaslarda daha sadə məsələləri ön plana çıxarmağa çalışır.
Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın regional mənbəyə istinadən verdiyi xəbərə görə, Vaşinqtonun məqsədi İran hakimiyyətindəki mötədil qüvvələrin yenidən danışıqlar masasına qayıtmasına şərait yaratmaqdır.
Mənbə bildirib ki, ABŞ “Azadlıq Layihəsi” və “Epik Qəzəb” əməliyyatlarını nə qədər fəal şəkildə irəli sürürdüsə, İranda sərt xətt tərəfdarları da bir o qədər güclənirdi və hakimiyyət daxilində təsirlərini artırırdı.
CNN-in həmsöhbəti qeyd edib ki, Tehranın ABŞ-ın son təklifinə cavabı bu gün vasitəçilərə təqdim edəcəyi gözlənilir.
Hazırda tərəflər arasında nüvə proqramı, sanksiyalar və Strait of Hormuz boğazı ətrafında müzakirələrin davam etdiyi bildirilir.
Musavat.com






