İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tramp Avropanı küncə sıxdı": Hörmüz boğazına gəmi göndərməyənlər müdafiəsiz qalacaq

989 09.04.2026 16:46 Dünya A A

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrinə qarşı misli görünməmiş təzyiq kampaniyasına başlayaraq, onlardan yaxın günlərdə Hörmüz boğazına hərbi gəmilər göndərməyi tələb edib.

Musavat.com xəbər verir ki, Almaniyanın "Der Spiegel" nəşrinin yaydığı məlumata görə, Trampın bu ultimatumu NATO-nun baş katibi Mark Rutte vasitəsilə Avropa liderlərinə çatdırılıb.

Tramp İrana qarşı müharibədə iştirak etməyən və ya passiv qalan ölkələrdən Amerika qoşunlarını çıxarmaqla hədələyir. Bu təhdidin hədəfində ilk növbədə İspaniya və Almaniyanın olduğu bildirilir.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun İranla gərginlik barədə dediyi "bu, bizim müharibəmiz deyil" ifadəsi Trampı qəzəbləndirib. Mənbələr bildirir ki, Tramp bu mövqeyi nümayiş etdirən ölkələri Amerikanın təhlükəsizlik çətirindən məhrum etməyə hazırdır.

Berlin Hörmüz boğazına hərbi missiya göndərməyə hazır olduğunu bildirsə də, bunun üçün iki şərt qoyub: BMT-nin mandatı və dayanıqlı sülh sazişi. Lakin ekspertlər Rusiya və Çinin BMT-də bu qərarı bloklayacağını, habelə regionda atəşkəsin hər an pozulduğunu nəzərə alaraq, Almaniyanın bu bəhanə ilə vaxt qazanmağa çalışdığını vurğulayırlar.

NATO baş katibi Mark Ruttenin Trampla söhbətindən sonra avropalıları "təcili qərar verməyə" çağırması alyans daxilində dərin parçalanmanın olduğunu göstərir.

Tramp hesab edir ki, əgər Hörmüz boğazı qlobal ticarət üçün açılırsa, bunun hərbi və maliyyə yükünü təkcə ABŞ deyil, bu yoldan faydalanan Avropa da çəkməlidir. Aprelin 10-da İslamabadda keçiriləcək danışıqlar ərəfəsində bu ultimatum, Avropanı Vaşinqtonun İran siyasətinə tam tabe etmək cəhdi kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR