İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: 500 milyon dollar nağd pulum var

2137 24.03.2024 22:15 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp daşınmaz əmlak sənayesində dələduzluq etdiyinə görə 454 milyon dollarlıq cəriməni ödəməlidir. Onun bu cəriməni ödəyə biləcəyi barədə suallara vəkilləri “yox” deyə cavab verib.

Tramp sosial media hesabında bu barədə fərqli paylaşım edib.

O, “bu qədər pulu yoxdur” deyən vəkillərini təkzib edib və 500 milyon dollar nağd pulu olduğunu açıqlayıb.

"Zəhmət, istedad və şans sayəsində indi demək olar ki, 500 milyon dollar pulum var" deyən Tramp bu pulu prezident seçkiləri kampaniyasında istifadə etmək niyyətində olduğunu bildirib.

Tramp iddia edib ki, Nyu-York baş prokuroru və işə sədrlik edən hakim bu pulu ondan saxtakarlıq və korrupsiya yolu ilə almaq istəyir.//apa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR