İnsanlara hürriyət, millətlərə istiqlal!

Torosyanın qolları qandallana bilər 

570 14.06.2023 16:23 Region A A

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş səhiyyə naziri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Arsen Torosyanı dindirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, keçmiş nazir koronavirus zamanı sui-istifadə halları ilə bağlı sorğu-suala çəkilib.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan “istənilən halda Arsen Torosyan o zaman səhiyyə naziri postunu tutub və o, bu hadisələrə münasibət bildirməli olacaq. Bundan başqa, istintaqın ona sualları var” - deyə bildirib.

Xatırladaq ki, bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2020-2021-ci illərdə COVID-19 pandemiyası ilə mübarizə zamanı yol verilmiş sui-istifadə halları ilə bağlı cinayət işi açıb. İş çərçivəsində İrəvanın vitse-meri, səhiyyə nazirinin keçmiş müavini Gevorq Simonyan bir ay müddətinə həbs edilib. Onun səhiyyə nazirinin müavini olarkən “Medline” klinikasının direktoru Babken Şaumyanla yaxın münasibətdə olduğu üzə çıxıb. Erməni mətbuatı Şaumyanın 120 milyon dram oğurladığını yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR