İnsanlara hürriyət, millətlərə istiqlal!

Toronto susdu-Yovan Lukiç Kanadanı şoka saldı VİDEO

922 12.06.2026 23:55 İdman A A

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında B qrupunun maraqla gözlənilən görüşlərindən biri keçirilir.

Musavat.com xəbər verir ki, turnirin ev sahiblərindən olan Kanada millisi Toronto stadionunda Bosniya və Herseqovina yığmasını qəbul edir.

Qarşılaşma böyük maraqla izlənilir. Dünya çempionatında doğma azarkeşləri önündə çıxış edən kanadalılar oyuna fəal başlasalar da, ilk hissədə qapılarında qol görərək hesabda geriyə düşüblər. Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Yovan Lukiç matçın 21-ci dəqiqəsində fərqlənərək komandasını önə keçirib. 

Hazırda meydan sahibləri Bosniya və Herseqovina yığmasına məğlub olurlar. Qonaqlar hesab üstünlüyünü qorumağa çalışır, Kanada isə bərabərlik qolunu axtarır.

Görüşü argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.

Matçın taleyinin necə nəticələnəcəyi futbolsevərlər tərəfindən böyük maraqla gözlənilir.

 

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR