İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov Çeçenistan rəhbərliyinə namizədliyindən danışdı - VİDEO

1793 06.07.2026 19:22 Dünya A A

Çeçenistanın rəhbəri Ramzan Kadırov hakim "Yedinaya Rossiya" partiyası tərəfindən respublika rəhbəri vəzifəsinə növbəti dəfə namizəd göstərilməsini şərh edib.

Musavat.com xəbər verir ki, jurnalistlərə açıqlama verən Kadırov bu qərarı könüllü deyil, "məcburi" şəkildə qəbul etdiyini bildirib. O, vəzifəsinin ağırlığından və böyük məsuliyyət tələb etməsindən bəhs edərək deyib: "Düzünü desəm, seçkilərə getməyimə sevinmirəm. Əgər məndən soruşsaydılar, mən başqa bir namizəd seçərdim, çünki bu, çox böyük məsuliyyətdir və mən bu işin nə qədər çətin olduğunu bilirəm".

Kadırov hazırkı vəziyyətdə seçkilərdə iştirak etmək üçün özünü "məcburi" vəziyyətdə hiss etdiyini vurğulayıb. Bununla belə, xalqın ona olan etimadına inandığını qeyd edən Çeçenistan rəhbəri əlavə edib: "Mən əminəm ki, xalq dəstək verəcək. Əgər xalq dəstəkləsə, mən xalqa xidmət etməyə hazıram".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR