Rusiya qüvvələri son bir ay ərzində Ukrayna ərazisindəki yanacaqdoldurma məntəqələrinə (YDM) qarşı genişmiqyaslı hücumlar təşkil edib. "Forbes" nəşrinin məlumatına görə, bu müddət ərzində ölkə üzrə təxminən 100 yanacaqdoldurma məntəqəsi zərbələrə məruz qalıb.
Musavat.com xəbər verir ki, təkcə son bir neçə gün ərzində həyata keçirilən hücumlar nəticəsində Poltava, Xarkov, Nikolayev, Zaporojye, Dnepropetrovsk, Sumı, Xerson və Odessa vilayətlərində yerləşən SOCAR, "OKKO", "WOG", "BRSM", "BVS" və "Marshal" brendlərinə məxsus stansiyalara ciddi ziyan dəyib.
Ekspertlər bu hücumları enerji infrastrukturunun logistikasını pozmaq və yanacaq təchizat zəncirinə zərbə vurmaq cəhdi kimi qiymətləndirirlər.
Musavat.com






