İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolikdən stilist Anara CAVAB: “Səni Aygün Kazımovaya görə...”

2262 02.05.2023 15:50 Şou-biznes A A

“Bu gün Anarın çıxışını izlədim. Onu 25 ildir tanıyıram və dostluğumuz şou-biznesə bağlı deyil. O zamanlar Anar da, mən də məşhur deyildik. Amma bu gün ikimiz də şou-biznesdə kifayət qədər söz sahibiyik. Anara bildirmək istəyirəm ki, Aygün Kazımova 30 ilin hər zaman tələb olunan, aktual və ilklərə imza atan müğənnisi olub”.

Musavat.com xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) stilist Anar Ağakişiyevin Xalq artisti Aygün Kazımovanı təhqir etməsinə cavab olaraq sosial şəbəkədə yazıb. Tarix Əliyev Anarın bu sahədə tanınmasında Aygün Kazımovanın rolu olduğunu deyib:

“Ölkənin ən tələbatlı ulduzunun adının yanına yalnız Röya gəlib dayana bildi. Çünki o da yalnız işləri və əziyyətinin bəhrəsi ilə bu yerə gəlib çatdı. Anar, sən də, sənətin də ən zirvədəsən. Amma bir şeyi unutma: Sənin də tanınmağın Aygün Kazımovaya görə olub. Bu gün bəh-bəhlə şəkil çəkdirdiyin Bülənt Ərsoyu da ilk Azərbaycana gətirən Aygün Kazımova olub. Bilirəm, nəyə görə ondan incimisən və illərdir bu belə davam edir. Belə müsahibələr almaqla kimlərsə səndən istifadə edib. Sabah Aygün Kazımovanın hər hansı layihəsində yanında olmağa, bəh-bəhlə ondan yazmağa və inan ki, verdiyin bu müsahibənin açıqlamasına cavab almağa cürətləri çatmayacaq. Təki bütün günü barlarda ora-burasını açan “müğənnilər” bu 30 ilin cəmi 3 ilini ulduz kimi yaşaya bilsinlər”.

Murad Arif isə bu statusa şərh olaraq yazıb:

“Aygün Kazımova – qadınlıq, müğənnilik, ulduzluq çərçivəsinin fövqündə ictimai bir hadisədir. Əqidəsindən, mövqeyindən, yaşından, siyasi baxışından, düşüncəsindən, zövqündən, milliyətindən asılı olmayaraq hər kəs başa düşür ki, qarşısındakı əsl artistdir. Təbiətlə mübarizə aparmaq mənasızdır. O da bir təbiət hadisəsidir, Ay, Gün kimi”.

Xatırladaq ki, stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın ünvanına təhqir yazıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR