İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev Nazarbayevi paytaxtı Astanaya köçürdüyünə görə TƏRİFLƏDİ

2173 05.07.2023 20:20 Son xəbər A A

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev eks-prezident Nursultan Nazarbayevi 25 il əvvəl paytaxtı Almatıdan Astanaya köçürmək qərarına görə tərifləyib.

Musavat.com Qazaxıstan mediasına istinadla bildirir ki, dövlət başçısı qeyd edib ki, paytaxtın köçürülməsi ilə bağlı qərar asan olmayıb. Kütləvi iş görülüb. Bu proses iqtisadiyyatda tənəzzül dövründə, insanların bazar münasibətlərinə hazır olmadığı dövrdə baş verib.

“Bu çətin zamanda, ilk prezident Nursultan Abişeviç Nazarbayevin təşəbbüsü ilə 1994-cü il iyulun 6-da Ali Şura paytaxtın Akmola şəhərinə köçürülməsi barədə qərar qəbul etdi. Rəsmi olaraq, Akmola 10 dekabr 1997-ci ildə ölkənin əsas şəhəri oldu. 25 il əvvəl, 1998-ci il mayın 6-da Akmolanın adı dəyişdirilərək Astana adlandırıldı”, - Tokayev bildirib.

Prezident vurğulayıb ki, ölkənin əsas şəhərinin salnaməsi müstəqil Qazaxıstanın tarixi ilə sıx bağlıdır. Heç şübhəsiz, paytaxtın köçürülməsi təşəbbüsü geosiyasi baxımdan düzgün addım idi.

“Bu, xalqımızın gələcəyini böyük ölçüdə əvvəlcədən müəyyən edən mühüm və tarixi vaxtında qəbul edilmiş qərar idi. Birinci prezidentin bu təşəbbüsü yeni milli ideyaya çevrildi. Təbii ki, bu, bizim milli maraqlarımıza tam uyğundur. Ona görə də biz Nursultan Nazarbayevin bu məsələyə töhfəsini adekvat və ədalətli qiymətləndirməliyik”, - deyə Qazaxıstan rəhbəri əlavə edib.

Qeyd edək ki, Astanada paytaxtın 25 illiyinə həsr olunmuş qardaşlaşmış şəhərlərin merləri və vitse-merlərinin yubiley forumu keçirilir. Forumda şəhər inkişafının aktual problemləri və onların müasir qlobal dünyada əsas artım və innovasiya mərkəzləri kimi rolu müzakirə olunur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR