İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibb Universitetində açılacaq yeni ixtisasların adı bilindi

1456 15.02.2019 12:39 Təhsil A A

Azərbaycan Dövlət Tibb Universitetində üç yeni ixtisas açılması üçün Nazirlər Kabinetinə müraciət edilib.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Onun sözlərinə görə, üç ixtisas barədə sənədlər və proqramlar hazırlanıb:

“Həmin sənədlər Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə verilib. Onların baxılması və dövlət proqramına salınması üçün bir müddət lazımdır. Tibbi menecmentin ixtisası magistratura səviyyəsində olacaq. Tibb bacısı və fizoterapist ixtisasları isə bakalavriat səviyyəsindədir. Bunlar dörd illik bakalavr proqramlarıdır. Bu ixtisaslar üzrə ilk dəfə ATU-da tədris ediləcək”.

Gəray Gəraybəyli qeyd edib ki, sənəd bu il təsdiqlənsə, yeni tədris ilindən həmin ixtisasların tədris edilməsi alınmayacaq:

“Çünki Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları bu ilin yay ayında baş tutacaq. Sənəd qəbul edilərsə, gələn il bu ixtisas üzrə bizim tələbələrimiz olar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR