İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Guardian”: Qərb alimləri İrana pilotsuz uçan aparatların hazırlanmasında kömək ediblər

381 15.02.2024 16:56 Dünya A A

 

“Qərbin aparıcı təhsil ocaqları İrana pilotsuz uçan aparatları hazırlayan ekspertlərin yetişdirilməsində birbaşa iştirak ediblər”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Qəzet burada İngiltərənin Sauthempton, ABŞ-ın Hyuston və Avstraliyanın Yeni Cənubi Uels Universitetinin adını çəkib. Həmin universitetlərin İranın əsas texnologiya məktəbi sayılan Şərif universiteti ilə əməkdaşlıq etdiyi ortaya çıxıb.

Bununla bağlı jurnalistlər PUA-larla bağlı araşdırmalarda iranlılara kömək edən universitetlərə müraciət ediblər. Southempton Universiteti onlara "İran ilə bütün rəsmi və qeyri-rəsmi tədqiqat əməkdaşlığını" dayandırdığını bildirib. Hyuston Universiteti, sözügedən tədqiqatla bağlı heç bir qeydiyyatın aparılmadığını və sözügedən elm adamlarının "hazırda universitetdə işləmədiyini çatdırıb.

Yeni Cənubi Uels Universiteti hər şeyi tamamilə inkar edib. Məsələn, onlar tədqiqatın maliyyələşdirilməsində iştirak etmədiklərini bildirdilər. Lakin digər məlumatlar bunun tam əksini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR