İnsanlara hürriyət, millətlərə istiqlal!

Terror baş verən “Crocus City Hall”un damı çökməyə başlayıb – İçəridə adamlar qalır - VİDEO

1264 23.03.2024 00:07 Dünya A A

Moskvada terror baş verən “Crocus City Hall”un damı çökməyə başlayıb.

Rusiya mətbuatının hadisə yerində olan nümayəndələri binada hələ də insanların qaldığını, yanğının getdikcə gücləndiyini bildirirlər.

TASS-ın müxbiri artıq binanın damının çökməyə başladığını, şüşə fasadın parçalandığını bildirir.

Qeyd edək ki, binaya daxil olub atəş açan şəxslər daha sonra partlayış törədiblər ki, bu da güclü yanğına səbəb olub. Yanğının söndürülməsinə hava qüvvələri də cəlb olunub, lakin onun qarşısını almaq mümkün olmayıb.

Bir neçə dəqiqə öncə yanğınsöndürənlər binaya daxil olmağa müvəffəq olsalar da, oradakı insanların hamısını binadan çıxarmaq hələ ki, mümkün olmayıb.

 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR