İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Qafana baş konsul yolladı

871 11.08.2022 17:32 Region A A

Artıq İranın Kafandakl baş konsulu təyin edilib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu, Abedin Varamindir. Məlumatı avqustun 11-də Ermənistan News-NEWS.am-in müxbirinə müsahibəsində İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan açıqlayıb. Onun sözlərinə görə, konsul İrəvandadır və artıq görüşlər keçirib. "O, artıq vəzifəsinin icrasına başlayıb", - Beqlaryan əlavə edib.

Deputat təəssüflə qeyd edib ki, bürokratiyaya görə konsulun birbaşa öz işinə keçməsi prosesi bir az yubanıb. Amma o, başqa maneələrin olmadığına əmin olduğunu qeyd edib. “Bildiyim qədər, Baş Konsulluğun yerləşəcəyi bina hələ hazır deyil”, o vurğulayıb. Bundan əvvəl İranın Kafandakı Baş Konsulluğunun 2022-ci ildə açılacağı bildirilirdi.

Yeri gəlmişkən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında israrından narahat olan Tehranın Qafana konsul göndərməsi təbii ki, təsadüfi deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR