İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Vurulan AZAL təyyarəsi ilə bağlı ƏN SON XƏBƏR, Putindən Azərbaycana “SÜRPRİZ”... - CANLIda

2197 23.12.2025 11:17 Ölkə A A

"Qazaxıstanda komissiya yaradılıb və istintaq hələ də davam edir. Hadisə baş verdiyi andan bir il ərzində yaranmış komissiyanın ilkin hesabatı bu ilin yanvar ayının sonunda təqdim olundu. Amma tam hesabat hələ yekunlaşmayıb".

“APA-Economics" xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, komissiyanın ilkin hesabatında artıq havada olarkən təyyarəyə qeyri-qanuni fiziki müdaxilə baş verdiyi əksini tapıb: "Qara qutu da açıqlanandan sonra aydın oldu ki, təyyarənin həyati sistemlərindən üçü birdən eyni anda sıradan çıxıb. Bu isə təyyarəyə kənar qüvvənin təsiri ilə baş verib".

AZAL-ın vitse-prezidenti tədbirin məqsədinin J2-8243 reysində həlak olanların xatirəsinə həsr olunmuş poçt markası AZAL və Azərpoçt-un birgə təşəbbüsü ilə hazırlanıb:

"Mən 40 il pilot kimi fəaliyyət göstərmişəm. Bu hadisədən sonra yüz dəfə özümü o heyətin yerinə qoyuram. Onlar təyyarəni o halda necə idarə ediblər? Hələ də, buna cavab tapa bilmirəm. Buna hətta təyyarəni istehsal edən zavodlar da təəccüblənir. Poçt markasının satışından əldə olunan gəlir şəhid ailələrinin təhsilinə və digər ehtiyaclarına xərclənəcək".

İlham Əmirov qeyd edib ki, bu poçt markası bütün dünyaya yayılacaq, həmin reysdə həyatını itirənlərin xatirəsini əbədi yaşadacaq.
Maraqlıdır, bu məsələdə Rusiya necə davranacaq? Putindən Azərbaycana münasibətdə hansı addım atılacaq? Qazaxıstandan obyektiv addım gözləməliyikmi?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR