İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova SAXLANILDI

1681 05.06.2026 09:46 Son xəbər A A

Sosial şəbəkələrdə "jurnalist adı altında reketlik etmək"də ittiham olunan bir neçə şəxsin saxlanılması ilə bağlı paylaşım yayılıb.

Musavat.com-un məlumatına görə, paylaşımda iddia olunur ki, Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova barəsində çoxsaylı şikayətlər əsasında tədbir görülüb. Bildirilir ki, onlar Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə – dəfələrlə şantaj yolu ilə pul tələb etmə ittihamı əsasında Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıblar.

İddialara görə, adıçəkilən şəxslər barəsində məcburi gətirilmə qərarı tətbiq edilib və onların məhkəmə qarşısına çıxarılacağı qeyd olunur.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. İddiaların doğruluğu ilə bağlı hüquq-mühafizə orqanlarının mövqeyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR