Sabirabad rayonunda iş yoldaşının kartından pul oğurlayan restoran işçisinin məhkəməsi başa çatıb.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən 1993-cü il təvəllüdlü Elvin İmanova hökm oxunub.
Bildirilib ki, oğurluq hadisəsi Sabirabad şəhərində yerləşən “Taşfırın” restoranında baş verib. Belə ki, restoranda dönərçi işləyən Elvin orada xadimə kimi çalışan X.Ramazanovanın telefonundan gizli şəkildə 280 manat pulu öz kartına atıb. Məlum olub ki, Elvin qadının telefonunu götürdükdən sonra bank proqramına daxil olub və 300 manatlıq krediti rəsmiləşdirib. O, daha sonra 300 manatdan 280 manatını özünə ötürüb.
Fakt üzə çıxdıqdan sonra X.Ramazanova polisə müraciət edib və cinayət işi başlanılıb.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə E.İmanova 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb və yaşadığı ərazini xəbərdarlıq etmədən tərk etməsi qadağan olunub.






