İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda velosiped qəzası: 14 yaşlı yeniyetmə ağır vəziyyətdədir

499 29.06.2026 16:34 Hadisə A A

Ağdam rayonunda 14 yaşlı yeniyetmə velosiped qəzası nəticəsində ağır xəsarət alıb.

Musavat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Məlumata görə, 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı velosiped sürərkən idarəetməni itirib və yıxılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ilkin olaraq Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirdikləri üçün daha ixtisaslaşmış tibbi yardım alması məqsədilə Bakıya göndəriblər.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR