İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi anlar baş tutdu - Ağalının ilk sakinləri evlərinə köçdü -FOTOLAR, VİDEO

3059 19.07.2022 18:20 Gündəm A A

Çox böyük tarixi hadisənin şahidi, iştirakçılarıyıq. Bu gün Zəngilanın Ağalı kəndinə bu yerlərin sahiblərinin qayıdışı baş tutub. Cəmi 2 il əvvəl, 2020-ci ilin ilk aylarında bu inanılmaz görünürdü. Həmin ilin sonunda isə artıq Zəngilan işğal altında olan digər Azərbaycan torpaqları kimi düşməndən təmizlənmişdi. 44 günə şanlı Azərbaycan Ordusu erməni işğalçılarını darmadağın etdi, bizləri Qarabağa qovuşdurdu. Şəhidlərimizi rəhmətlə anır, qazilərimizə cansağlığı arzulayırıq. Onların dönməz iradəsi sayəsində əzəli torpaqlarımıza qovuşduq. Azərbaycan dövləti qısa bir vaxtda çox nəhəng işlər gördü, cəmi 1 il 8 aya 30 ilə yaxın işğal altında qalan, az qala hər qarışı minalanmış torpaqlarda yüksək səviyyədə yaşayış şərtlərinə cavab verən "Ağıllı kənd" layihəsini icra olunub və işlər davam etməkdədir.

2022-ci il iyulun 19-u tariximizə Böyük Qayıdış günü kimi düşdü. Şükürlər olsun ki, daha işğal tarixləri yoxdur. Bu gündən, bu tarixdən əzəli torpaqlarımıza qayıdışın tarixləri ilə əvəzlənməkdədir.

Masazırdakı məcburi köçkünlər üçün şəhərcikdə məskunlaşmış 10 ailə bu gün 30 il həsrətini çəkdikləri doğma yurdlarına - Zəngilanın Ağalı kəndinə döndü.
Ağalı kəndi ən müasir tikinti norma və tələblərinə uyğun layihələndirilib, tikilib.
Burada məktəb, uşaq bağçası və digər sosial obyektlər var. Bir neçə dəqiqədən sonra prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev artıq burada-Ağalıda olan 10 ailəyə mənzillərin açarlarını təqdim edəcək.
Təqdimetmə mərasimindən reportajı az sonra təqdim edəcəyik.

Elşən Məmmədəliyev,
Musavat.com
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR