İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış stomatoloqlar Şuşada öz klinikalarının filialını açdılar (Fotolar)

3184 26.12.2020 16:58 Ölkə A A

 

Həkim Azər İsmayılov: “Məqsədimiz qəhrəman əsgərimizə xidmət göstərməkdir”

Bakının bir neçə tanınmış stomatoloqu- Azər İsmayılov, Əkbər Məmmədov və Babək Babayev Şuşada öz klinikalarının filialını açıblar.

Musavat.com xəbər verir ki, onlar öz təşəbbüsləri ilə Şuşadakı əsgərlərimizə stomatoloji xidmət göstərirlər.

A.İsmayılov Musavat.com-a açıqlamasında bildirdi ki, stomatoloji klinika dekabrın 23-dən fəaliyyət göstərir. Onun sözlərinə görə, daha öncə də digər məsləkdaşları Hadrutda stomatoloji klinika açıblar. Müsahibimiz dedi ki, hazırda ən böyük məqsədləri əsgərlərimizə təmənnasız tibbi xidmət göstərmək və onlara faydalı olmaqdır: “Burada bir erməni klinikası vardı və olduqca yararsız vəziyyətdə idi. Onu normal və işlək hala gətirdik. İndi əsgərlərimizə xidmət göstəririk. İsmayıloğlu-Dentaldan(Premium Dental) mən və Babək həkim buradadır. Stomatoloji avadanlıqlara texniki qulluq üçün Əli bəy gəlib. Əkbər, Elvin və İdris həkimlər öz komandaları ilə burada fəaliyyət göstərirlər”.

Müsahibimiz dedi ki, indiyə qədər 70-ə qədər pasientə xidmət göstəriblər. Onun sözlərinə görə, bu heyətlərin hər biri növbəli qaydada, həftədə bir dəfə olmaq şərtilə əsgərlərə baş çəkib, onlara tibbi xidmət göstərəcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR