İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taksidən istifadə edənlərin sayı azalacaq"- Ekspert

1174 24.07.2023 22:46 Gündəm A A

Bu gündən etibarən “Bolt”, “Uber”, “Yango” taksi xidmətlərində qiymətlər iki dəfədən çox artıb. Əvvəllər şəhərdaxili ərazilərdə 1 kilometrlik məsafəyə 1,2 - 1,3 manat gediş haqqı hesablayan şirkətlər bu qiyməti 2,25 - 2,60 manata kimi artırıblar.

Maraqlıdır, qiymət artımı taksi bazarına necə təsir edəcək? Şirkətlər müştəri itirəcəkmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmiorv Redaktor.az-a danışdı.

O, bildirdi ki, müəyyən müdaxilələrdən sonra taksi qiymətlərində artımlar baş verib:

“Bilirik ki, bir müddət öncə bununla bağlı müxtəlif səviyyələrdə görüşlər keçirildi, müzakirələr olundu və nəticə etibarilə taksi qiymətlərində hazırkı artım məsələsi reallaşdı. Bunu birmənalı olaraq pis addım kimi qiymətləndirirəm. Çünki ölkədə iqtisadiyyatın inkişaf etməsi üçün ən vacib faktor rəqabət faktorudur. Ona görə də hansı sahədə rəqabət varsa, o sahə inkişaf edir, hansı sahədə rəqabət, yoxsa, o sahə inkişafdan dayanır. Rəqabət yaranan bir sahə, digər sahələr üçün də bir növ motivasiya mənbəyi olur. Əksi də mümkündür, rəqabət olub, sonradan bu rəqabətin itirildiyi sahələr də digər sahələrə təsir göstərir. Məsələyə bu kontekstdə yanaşdıqda birmənalı olaraq taksi qiymətlərinə müdaxiləni birbaşa olmasa da, dolayı müdaxiləni mən doğru hesab etmirəm. Düşünürəm ki, taksidən istifadə edənlərin sayı azalacaq. Ən pisi odur ki, bu bir tendensiya rəqabətin olduğu xidmət sahələrinə də təsir göstərə bilər. Amma rəqabətin ən parlaq nümunəsi hesab olunan bu sahədə belə bir müdaxilə arzuolunan deyildi".

Ekspertin sözlərinə görə bu proses taksi sürücülərinin sayının azalmasına da gətirib çıxardacaq:

“Onların gəlirlərinə isə düşünmürəm ki, ciddi bir təsir göstərəcək. Çünki burada digər ödənişlər olmaqla, nəticədə taksi sürücülərinin özlərinin gəlirləri ciddi şəkildə artmayacaqdır. Amma taksidən istifadə edənlərin sayının azalması qaçılmaz olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR