İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürməli yanğını: Paşinyan cinayətkar fəaliyyətsizlikdə ittiham edilib

530 15.08.2022 17:46 Region A A

“Mən Ermənistanın baş naziri Nikol Paşinyanı ağır nəticələrə səbəb olan cinayətkar hərəkətsizlikdə ittiham edirəm”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə avqustun 15-də baş nazir Nikol Paşinyanın aviasiya məsələləri üzrə keçmiş müşaviri Akop Çaqaryan özünün Facebook səhifəsində yazıb.

“2019-cu ilin iyun ayında mən Ermənistan üçün bu gün yanğınsöndürmə və xilasetmə işləri üçün faydalı olacaq və qiyməti 300.000 dollar olan helikopter tapmışdım. Bundan sonra mən Ermənistan Fövqəladə Hallar Nazirliyinin o zamankı rəhbəri Feliks Çolakyanla məsləhətləşdim və o, belə helikopterlərin alınmasının zəruriliyini qeyd-şərtsiz qəbul etdi. Bundan sonra biz həmin proqramı Paşinyana təqdim etdik, lakin heç bir cavab almadıq”,-deyə keçmiş müşavir bildirib.

Nikol Paşinyan Çolakyana helikopterlərinin köhnə olduğunu və onların alınmasının məqsədəuyğun olmadığını söyləyib.

“Ermənistanın başında duran adam üç il əvvəl cəmi 1 milyon dollar bağışlasaydı (üç helikopter almaq üçün) nə qədər insanın həyatını xilas etmək olardı? Hər bir helikopterin qiyməti müharibə illərində tikilmiş dövlət aparatına verilən aylıq mükafatlara, baş nazirin müavinin liftinin təmirinə verilən xərclərə bərabərdir”,-deyə o yazıb.

Xatırladaq ki, Sürməli ticarət mərkəzinin partlaması nəticəsində dağıntılar altında qalanların sayı 6 nəfərə çatıb. Ümumilikdə 61 nəfər xəstəxanaya yerləşdirilib. Daha 16 nəfər itkin düşənlər siyahısındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR