İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyaya qarşı sanksiyalar LƏĞV edilə bilər - Kallas AÇIQLADI

454 12.01.2025 20:27 Siyasət A A

Aİ Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edə bilərə.

 

Musavat.com xəbər verir ki, bu sözləri  Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.

"Biz həqiqətən bunu edə biləcəyimizə qərar verə bilmək üçün çalışırıq" -, deyə Kallas qeyd edib.

Nümayəndənin sözlərinə görə, Aİ xarici işlər nazirləri yanvarın 27-də keçiriləcək görüşdə bu məsələyə toxuna bilərlər.

Avropa diplomatiyasının rəhbəri sosial şəbəkələrdə qeyd edib ki, söhbət sanksiyaların tamamilə ləğvindən yox, onların yumşaldılmasının mümkünlüyündən gedir.

Lakin siyasətçi bunun dəqiq nə vaxt baş verə biləcəyini açıqlamayıb.

Toğrul İSMAYIL, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR