İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa imkan verəcək

498 03.06.2026 12:10 Səhiyyə A A

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsallaşdırma siyasəti çərçivəsində vahid səhiyyə informasiya məkanı yaradılır.

Musavat.com xəbər verir ki, bunu “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı səhiyyə naziri Teymur Musayev deyib.

Nazir vurğulayıb ki, tibbi məlumatların vahid informasiya məkanında toplanması süni intellekt texnologiyalarından istifadə etməklə dərin təhlillərin aparılmasına imkan yaradacaq. Yeni sistem əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılmasına, böhran vəziyyətlərində mərkəzləşdirilmiş idarəetmə və gələcək səhiyyə strategiyalarının hazırlanmasına mühüm töhfə verəcək.

“Rəqəmsal hökumət informasiya mühitində məlumatların bütövlüyünün təmin edilməsi məqsədilə tibbi məlumatların digər dövlət informasiya sistemləri ilə inteqrasiyası da həyata keçiriləcək”,- deyə Teymur Musayev bildirib.

Attachment

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR