Bu gün bir çox mobil operator istifadəçilərinə MJ Finance adından SMS göndərilib.
Musavat.com-a daxil olan məlumata görə, bu ünvandan daxil olan SMS mətnində yazılıb: “Hörmətli müştəri! Kredit müraciətinizi təsdiq etmək üçün aşağıdakı linkə keçid edin”.
Linklərə baxdıqda ayrı-ayrı keçidlər olduğu aydın görünür. Bu da kiberhücum cəhdi ilə bağlı şübhə yaradır. Buna görə də istifadəçilərə sözügedən nömrəni dərhal bloklamaq tövsiyə olunur.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlığa məruz qalmamaq üçün mütəmadi olaraq, şübhəli zəngləri açmamağı, şübhəli linklərə daxil olmamağı, xüsusilə şəxsi məlumatları paylaşmamağı tövsiyə edir.
Xatırladırıq ki, kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.
Nigar Həsənli
Musavat.com






