Küveyt Silahlı Qüvvələri ölkənin İrandan atılan yeni pilotsuz uçuş aparatları (PUA) hücumuna məruz qaldığını bəyan edib. Rəsmi məlumatlara görə, bu hücumlar ABŞ-nin İran ərazilərinə həyata keçirdiyi hava zərbələrinə cavab olaraq gerçəkləşdirilib.
Musavat.com xəbər verir ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səslərinin hava hücumundan müdafiə (HHM) sistemlərinin işə düşməsi və düşmən PUA-larının səmada məhv edilməsi nəticəsində yarandığı bildirilir.
Küveyt Ordu Baş Qərargahı HHM qüvvələrinin İrandan gələn təhlükələri dəf etmək üçün tam hazır vəziyyətdə olduğunu vurğulayıb.
Hücumdan bir qədər əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi obyektlərini hədəf aldığını açıqlayıb. SEPAH bəyanatında Küveytdəki ABŞ-yə məxsus "Əli əl-Salem" hərbi hava bazasında yerləşən erkən xəbərdarlıq sistemlərinin (C-RAM radarları) və peyk rabitə mərkəzinin məhv edildiyini iddia edib.
Musavat.com






