İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda itkin düşən şəxsin meyiti tapıldı - FOTO

665 12.02.2024 15:59 Hadisə A A

Sumqayıtda itkin düşən şəxsin meyiti tapılıb.

Musavat.com APA-ya istinadən bildirir ki, fevralın 4-də itkin düşdüyü bildirilən 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun meyiti Ceyranbatan bağları ərazisində aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Onun öldürüldüyü ehtimal olunur.

Fakt araşdırılır.

Qeyd edək ki, Rüfət Abdullayevin itkin düşməsi barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sumqayıt sakini Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun "BTZ" bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR