İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Kazımovadan Filipp Kirkorovla bağlı suala CAVAB

663 29.07.2024 13:51 Şou-biznes A A

Xalq artisti Aygün Kazımova Bakıda keçirən "Dream Fest" musiqi festivalının final günü səhnəyə çıxıb.

Pop kraliça səhnə öncəsi qırmızı xalçaya çıxıb və jurnalistlərin suallarını cavablandırıb. Müğənni bildirib ki, gecə üçün xüsusi hazırlaşıb və 3 geyim seçib.

Kazımova bunun üçün məşhur modelyer Rüfət İsmayılla çalışıb:

"Son dəqiqəyə qədər geyimlər üstündə çalışıldı. Nələrsə son anda dəyişilirdi. Bütün obrazlarım üstündə günlərlə çalışılıb. Gecədə sürprizlər də, "S.O.S" da olacaq".

Yeniliklərindən danışan A.Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovla yenidən duet planının olub-olmaması haqda suala "Dünyaşöhrətli dostlarımla hər zaman duetlər planlaşdırıram. Planımda bir duet də var. Artıq mahnı da hazırdır. Mən Rusiyanın Kralı ilə (Xalq artisti Filipp Kirkorovu nəzərdə tutur - red.) oxumuşam" cavabını verib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR