İnsanlara hürriyət, millətlərə istiqlal!

Şübhə yoxdur ki, o, Müsavatın 7-cı başqanı olacaq - təfərrüat 

3133 20.09.2019 08:10 Siyasət A A

100 ildən artıq yaşı olan partiyaya kimlər başqanlıq edib?

Müsavat Partiyası 9-cu qurultayının keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edib. Məktubda BŞİH-dən 400-500 nəfərlik zalın qurultayın keçirilməsi üçün verilməsi istənilir. Oktyabrın 12-nə qurultay təyin olunandan sonra artıq bir neçə gündür mediada bu mövzu aktual mövzulardan birinə çevrilib.

Xüsusən Müsavatın növbəti başqanının kim olacağı, başqanlığa namizədlərin kimlər olacağı ilə bağlı məsələlər diqqət mərkəzindədir. Maraqlıdır ki, Müsavat Partiyası hər dəfə qurultay keçirəndə digər partiyaların qurultayları ilə müqayisədə medianın daha çox diqqətində olur, partiya başqanlığına seçkilər az qala ölkə prezidenti postuna seçkilər keçirilirmiş kimi müzakirə mövzusuna çevrilir.

Növbəti 9-cu qurultaya və 7-ci başqanın kim olacağına ictimai maraq belə görünür ki, az deyil. Bunun da təsadüfi olmadığı bildirilir. Müsavat Partiyası Azərbaycanda mövcud olan ən yaşlı siyasi partiyadır.

Əsası 1911-ci ildə İstanbulda mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda qoyulub. 1911-ci ildə əsası qoyulandan 1917-ci ilin fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərib.

M.Ə.Rəsulzadə ile ilgili görsel sonucu

Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan “Açıq söz” qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub.

Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26-31-də Bakıda, “İsmailiyyə” binasında keçirilib.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edib. Milli Şuranın sədri vəzifəsinə M.Ə. Rəsulzadə seçilib. 1918-1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.

Ä°lgili resim

1919-cu ilin 2 dekabr-12 dekabrında partiyanın ikinci qurultayı keçirilib. Bu qurultayda da M.Ə.Rəsulzadə partiyanın başqanı seçilib.

1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayıb. Müsavatın təşkilatçılığı ilə Azərbaycanda sovet hakimiyyəti illərində bir sıra silahlı üsyan olub.

1936-cı ilin avqustunda Polşada, Varşava şəhərində Müsavat Partiyasının konfransı keçirildi. Partiyanın rəsmi yığıncağına verilən 17 illik fasilədən sonra keçirilən bu konfransın böyük əhəmiyyəti vardı. Partiya lideri M.Ə. Rəsulzadə “Milli hərəkatda partiya fəaliyyəti” haqqında çıxış edib. Konfransda partiyanın “Yeni Proqram Əsasları” qəbul edilib. “Yeni Proqram Əsasları”nda bir fikrə başlıca üstünlük verilirdi: Müstəqil Azərbaycan Xalq Cumhuriyyətini sovet istilasından qurtarmaq və onu qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşatmaq.

1955-ci ildə M.Ə.Rəsulzadə dünyasını dəyişənədək Müsavatın lideri olub.

Mirzə Bala Məmmədzadə ile ilgili görsel sonucu

Onun vəfatından sonra Mirzə Bala Məmmədzadə ikinci başqan olub.

Müsavatın üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

İsa Qəmbər partiyanın 5-ci başqanı ile ilgili görsel sonucu

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra 1992-ci ildə Müsavat Partiyasının bərpa mərkəzi yaradılıb. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib və İsa Qəmbər partiyanın 5-ci başqanı seçilib. 2014-cü ilin 27 sentyabrında keçirilən 8-ci qurultayadək keçirilən bütün qurultaylarda İsa Qəmbər Müsavatın başqanı seçilib.

Arif Hacılı ile ilgili görsel sonucu

8-ci qurultayda İsa Qəmbər partiya nizamnaməsinə özünün təklifi ilə daxil edilmiş “Eyni şəxsin iki dəfədən artıq Müsavat başqanı seçilməsi qadağandır” müddəasını əsas göstərərək namizədliyini verməyib. Qurultayda partiyanın 6-cı başqanı Arif Hacılı seçilib.

Müsavatın 7-ci başqanının kim olacağı isə 12 oktyabrda keçiriləcək qurultayda bilinəcək. Sözügedən posta artıq iki nəfər-Tofiq Yaqublu və Yadigar Sadıqlı iddialı olduqlarını bəyan ediblər. Arif Hacılının da namizədliyini irəli sürəcəyi gözlənilir. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR