İnsanlara hürriyət, millətlərə istiqlal!

Şri-Lankada katolik kilsələri fəaliyyətini dayandırıb

360 25.04.2019 14:37 Dünya A A

Şri-Lankadakı bütün katolik kilsələr “təhlükəsizlik sahəsində irəliləyiş əldə edilənədək” bağlı qalacaq.

“Report” AFP-ya istinadən xəbər verir ki, ruhanilərdən birinin dediyinə görə, güc qurumlarının tövsiyəsi ilə katolik kilsələrdəki ayinlər xüsusi göstəriş verilənədək dayandırılır.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada ölkə tarixinin ən irimiqyaslı terror hücumları baş vermişdi. Şri-Lanka vətəndaşı olan 9 kamikadze tərəfindən törədilən hücumlar nəticəsində aralarında 30-dan çox əcnəbi olan 359 nəfər həlak olub. Aparılan təhqiqatlar çərçivəsində 70-dən çox saxlanılan olub.

Bu hadisələrdən sonra Baş Nazir Ranil Vikremsinğe ölkədəki bütün orta məktəblərin ikigünlük, universitetlərin də xüsusi göstəriş verilənədək bağlandığını açıqlamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR