İnsanlara hürriyət, millətlərə istiqlal!

Sorosçular Kerobyanı rus casusu hesab edir, Paşinyan isə...

530 19.12.2023 12:23 Son xəbər A A

Sorosun Ermənistan hakimiyyətindəki payçıları təkcə daxili işlər naziri Vahe Kazaryanı deyil, həm də iqtisadiyyat naziri Vahan Kerobyanı hədəf alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, sorosçular indi də Nikol Paşinyandan iqtisadiyyat nazirini işdən çıxarmasını tələb edirlər.

“Soros üzvləri Vahan Kerobyanı rus casusu hesab edirlər. Onların fikrincə, Kerobyan Qərbin sanksiyalarına məhəl qoymayaraq Ermənistan ərazisindən Rusiyaya ixracatı yasaqlanan malların ötürülməsinə imkan yaradır. Hakimiyyətdəki mənbələrin bildirdiyinə əsasən, Soros çoxdan Paşinyandan Kerobyanı istefaya göndərməsini tələb edir. Lakin nazir hələ də Paşinyanın himayəsində sayılır”, - deyə məqalədə qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR