İnsanlara hürriyət, millətlərə istiqlal!

Sorğu: Ermənistanda vətəndaşların 33,3%-i ermənilərin Qarabağa qayıtmasını istəyir

608 10.07.2024 14:23 Siyasət A A

 

Ermənistanda keçirilən sorğuda respondentlərin 33,3%-i ermənilərin Qarabağa “ləyaqətlə qayıtması” üçün şərait yaradılmalı olduğunu düşünür.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə iyulun 10-da jurnalistlərlə görüşdə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, 29,5% hesab edir ki, Ermənistan gələcəkdə Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün fürsət gözləməlidir. 21,5% Ermənistanın Qarabağ üzərində nəzarətini bərpa etməyə çalışmalı olduğunu bildirib. 10,2% hesab edib ki, Qarabağ səhifəsini başqa problemlərə yol verməmək üçün çevirmək lazımdır. 4,6% isə bu suala cavab verməkdə çətinlik çəkib”,- deyə o əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR