İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın başı dərddə - Yeni ölümcül virus tapıldı

415 27.07.2024 22:32 Dünya A A

Dünyada yeni ölümcül virus növü - “Oropuche” aşkarlanıb.

Belə ki, bu virus milçəklərin insanı dişləməsindən sonra yayılır və ölümcül funksiya daşıyır.

“Oropuche” virusundan ilk ölüm faktı Braziliyada baş verib. Braziliyanın Səhiyyə Nazirliyi Bahia bölgəsində yaşayan 30 yaşdan kiçik iki qadının ağır simptomlar göstərdikdən sonra öldüyünü açıqlayıb.

Zərərçəkmişlərin başqa məlum xəstəliyi olmadığı bildirilib. Məlumata görə, virus hazırda Boliviya, Braziliya, Kolumbiya, Kuba və Peruda yayılır. Braziliyada bu il indiyədək 7236 nəfər bu virusa yoluxub.

Daha bir məlumatda isə qeyd olunub ki, bu xəstəliyin başqa simptomları da mövcuddur. Bu simptomlara intensiv qızdırma, baş ağrısı, oynaqların sərtliyi, ağrı, titrəmə və bəzən beş ilə yeddi günə qədər davam edən ürəkbulanma və qusma daxildir.//Yenisabah.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR