İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisin Olimpiya kəndində ÖLÜM

624 27.07.2024 21:46 Dünya A A

Samoalı boks üzrə məşqçi Lionel Elika Parisin Olimpiya kəndində 61 yaşında vəfat edib.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məşqçiyə təcili tibbi yardım göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

“Paris Olimpiadası zamanı faciəvi şəkildə dünyasını dəyişən Samoanın boks üzrə məşqçisi Lionel Elikanın ailəsinə, dostlarına və həmkarlarına başsağlığı veririk. Lionelin idmana olan fədakarlığı və həvəsi boks ictimaiyyətində silinməz iz qoyub”, - deyə Beynəlxalq Boks Assosiasiyasının bəyanatında bildirilir.

Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.//AZƏRTAC

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR