İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransa başqalarını bəyənmirdi, indi özlərinin başında çatladı”

390 27.07.2024 20:35 Dünya A A

Parisdə keçirilən Paris Olimpiadasının açılış mərasimi Makron Fransasının əsl mahiyyətini ortaya qoydu. Açılış mərasimində yaşananlar sözün həqiqi mənasında bu turnirin indiyə qədər sayca keçirilən 33-cü yarışmasının heç birində baş verməmişdi.

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a açıqlamasında bildirdi ki, hər bir hadisə bu və ya digər dövlət üçün bir sınaq meydanı olur:

“Fransa başqalarını bəyənmirdi, başqalarına irad tuturdu. İndi özlərinin başında çatladı. Doğrudan da ən eybəcər formaya əl atdılar ki, miqrantları şəhərdən çıxardılar. Onlara qarşı məhdudiyyətlər tətbiq edirlər. Oğurluq halları orada baş qaldırdı. Qadınlara qarşı zorakılıq edildi. Dini məsələlər ortaya çıxdı.

Bu, Makron Fransasının əsl mahiyyətini göstərdi. Bunu hər kəs görməli və Makronun siyasətinə, ümumiyyətlə, Fransa rəhbərliyinin siyasətinə öz münasibətini bildirməlidir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR