İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Olimpiya Oyunlarının açılış mərasimində fitə basıldı VİDEO

459 27.07.2024 21:44 Dünya A A

Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.

Bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

Siyasətçi qeyd edib ki, “hətta müəyyən auditoriya” Makronun gəlişindən açıq-aydın narazılığını ifadə edib, buna görə də “o, hətta çaşıb qalıb”.

Filippo öz paylaşımına Fransa liderinin çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Onun sözlərinə görə, bu fraqment efirdə kəsilib, siyasətçi görüntünün yayılmasına çağırış edib.

Xatırladaq ki, iyulun 26-da Parisdə Olimpiya Oyunları açılışı olub.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR