İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Azərbaycana buğda ixracını 1 milyon tona çatdırmaq istəyir

241 27.07.2024 20:32 İqtisadiyyat A A

Qazaxıstan Azərbaycanın buğda idxalında itirdiyi mövqeyini bərpa etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, Bunu Bakıda Qazaxıstanın milli ərzaq korporasiyasının rəhbəri Asılxan Cumaşev deyib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycana buğda ixracını 1 milyon tona çatdırmağı hədəfləyir.

Cumaşev korporasiyanın Qazaxıstanın “Ak Biday-Terminal” şirkəti vasitəsilə “Azərbaycana böyük həcmdə buğda ixracını” təmin etməyə hazır olduğunu qeyd edib.

Korporasiya rəhbəri izah edib ki, bu şirkət Qazaxıstan, Azərbaycan və İranda taxıl terminalları sistemini idarə edir.

Uzun illər Azərbaycanın buğda təminatında aparıcı rol Qazaxıstana məxsus olsa da, 2017-ci ildən bəri Qazaxıstan buğdasının Azərbaycana ixracı ildə 300 min tonu keçməyib. Bu ilin altı ayında isə Azərbaycan buğdanı demək olar ki, bütünlüklə Rusiyadan alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR